3

Mərkəzi Bank ləğv prosesində olan “Finoko” bank olmayan kredit təşkilatını (BOKT) inzibati məsuliyyətə cəlb edib.
Qərar tənzimləyici qurumun apardığı cari nəzarət tədbirləri çərçivəsində qəbul olunub.
Belə ki, “Finoko” BOKT ASC qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunmaması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulmasına görə cərimələnib.
Qərara əsasən, təşkilat 2000 manat məbləğində maliyyə sanksiyasına məruz qalıb.




