Home » Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq antikorrupsiya sertifikatının alınması işlərini bu il başa çatdıracaq

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq antikorrupsiya sertifikatının alınması işlərini bu il başa çatdıracaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı fəaliyyət sertifikatını (İSO 37001) almaq üçün ötən ilin ortalarından müvafiq işlər aparır.

İlk mərhələdə Xidmətin əməkdaşları Təşkilatın “İSO 37001 standartının tətbiqi üzrə mütəxəssis hazırlığı” təlim kurslarını keçiblər. Növbəti mərhələ kimi, həmin standartın standartın tələblərinə uyğun idarəetmə sisteminin tətbiqi işləri aparılır. Üçüncü mərhələdə isə bu sahədə görülmüş işlərin beynəlxalq akkreditasiyaya malik təşkilat tərəfindən qiymətləndirilməsi aparılacaq və müvafiq sertifikatla təsdiq ediləcək.

Korrupsiyanı aşkarlamaq, qarşısını almaq və aradan qaldırmağa kömək etmək üçün bir sıra mexanizmləri özündə ehtiva edən İSO 37001 sertifikatlaşdırılmış idarəetmə sistemi korrupsiya risklərini aradan qaldırmaq üçün təşkilatlara praktik müstəvidə doğru təlimat, prosedur və siyasət dəstəyini təmin edir.

Sertifikatın alınması işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.