Home » Yanvar ayında KOBİM-lərin xidmətlərindən 2 mindən çox sahibkar yararlanıb

Yanvar ayında KOBİM-lərin xidmətlərindən 2 mindən çox sahibkar yararlanıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2021-ci ilin yanvar ayında KOB inkişafı mərkəzləri (KOBİM-lər) tərəfindən mikro, kiçik və orta biznes (KOB) subyektlərinin müraciət və ehtiyacları nəzərə alınmaqla müxtəlif mövzularda 40 təlim təşkil edilib. Maliyyə, vergi, ixrac, sığorta, satış texnologiyaları, insan resurslarının idarə olunması, françayzinq, sahibkarlıqla bağlı qanunvericilik və s. istiqamətləri əhatə edən təlimlərdən 2 mindən çox sahibkar və biznesə başlamaq istəyənlər yararlanıb.

Ötən ay həmçinin, KOBİM-lərin peşəkar ekspertləri tərəfindən sahibkarlara müxtəlif sahələrdə biznes planların hazırlanması, xidməti müqavilələrin tərtib olunması, məhsulların xarici bazarlara çıxarılması, startap ideyasının həyata keçirilməsi, fermer təsərrüfatının qurulması və s. istiqamətlərdə məsləhət xidmətləri göstərilib.

Qeyd edək ki, yanvar ayında KOB subyektləri daha çox vergi, ixrac və aqrar sahə ilə bağlı təlim və məsləhət xidmətləri üçün KOB inkişafı mərkəzlərinə müraciət ediblər.

KOBİM-lərin xidmətlərindən istifadə etmiş sahibkarlıq subyektləri biznes layihələrinin reallaşdırılması və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün maliyyə resurslarına çıxışla bağlı məlumatlandırılıb, dövlətin güzəştli kreditləri və digər maliyyə dəstəyi mexanizmlərindən yararlanmaları üçün müvafiq qurumlarla əlaqələndirilib. Eyni zamanda, KOBİA və Dövlət Məşğulluq Agentliyi arasındakı əməkdaşlıq çərçivəsində öz təsərrüfatını qurmaq istəyən potensial sahibkarlar (mikro biznes) müvafiq texnika və avadanlıqlarla təmin olunmaları üçün özünüməşğulluq proqramı ilə əlaqələndirilib, bu istiqamətdə onlara müvafiq xidmətlər göstərilib (informasiya, məsləhət, elektron sistemdə qeydiyyat və s.).

Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) hazırda Bakı, Sumqayıt, Xaçmaz, Şəki və Yevlax şəhərlərində 5 KOB inkişafı mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin təcrübəli və peşəkar ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı təlim və seminarlar keçirilir, məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək verilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Bu xidmətlərdən istifadə etmək üçün  KOB subyektləri www.kobim.az saytı vasitəsilə müraciət edə bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.