Home » “İnformation system auditing, controls and Assurance” adlı praktiki vebinar keçirilmişdir

“İnformation system auditing, controls and Assurance” adlı praktiki vebinar keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

9 aprel 2021-ci il tarixində ABA tərəfindən ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili Audit üzrə Ekspert Qrupu”nun üzvləri üçün “İnformation system auditing, controls and Assurance” adlı praktiki vebinar keçirilmişdir. Vebinarda Texnoloji İdarəetmə və İnformasiya təminatı üzrə ekspert İlqar Əliyev çıxış edib.

Praktiki vebinar aşağıdakı mövzuları əhatə etmişdir:

1. İT univer və planlamanın aparılması (hansı istiqamətlər və risklər nəzərə alınmalıdır);

2. Auditin əhatəliyi (İT audit tərəfindən yoxlama audit yoxlaması zamanı hansı dərinliyə qədər gedilməlidir);

3. Risklərin idarə edilməsinin qiymətləndirilməsi və prioritetləşdirilməsi (change management, acess management, insident management və digər əməliyyat riskləri);

4. İT audit prosesi, kontrol mexanizmlərinin adekvatlığının qiymətləndirilməsi üsulları;

5. İT (infosec, infrastruktur) üzrə standartların tələblərinin qiymətləndirilməsi;

6. İT auditor üzrə minimum tələblərin müəyyən edilməsi.

Əlavə olaraq İT auditin aparılması prosesi üzrə mərhələlər:

1. Beynəlxalq standartları əsas götürərək infrastrukturun yetkinlik səviyyəsinə uyğun şəkildə audit planının hazırlanması;

2. Audit zamanı risklər aşkar edildiyi halda atılacaq növbəti addımların planlaşdırılması və mərhələli icrası;

3. İlkin rəyin formalaşması yönümündə auditorun müstəqilliyini qorumaqla nəticələrin audit komitəsində müzakirəsi;

4. Aşkar edilmiş risklər fonunda ümumi hesabatın hazırlanması zamanı nəzərə alınması tələb olunan aspektlər;

5. İT Auditor tərəfindən biznesin maraqlarını qorumaqla infrastrukturun inkişafı və risklərin minimallaşdırılması istiqamətində təkliflər planının hazırlanması;

6. İT Audit prosesində daimi inkişaf və şəffaflığın artırılması məqsədi ilə beynəlxalq standartlara istinad edərək qurumun tələblərinə uyğun təlimlərin dövrü olaraq planlaşdırılması.

Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.