Home » Taxıl istehsalçıları və istehlakçıları ilə müzakirələr aparılıb

Taxıl istehsalçıları və istehlakçıları ilə müzakirələr aparılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən sahəvi görüşlər çərçivəsində aprelin 8-də taxıl istehsalçıları və istehlakçıları ilə görüş keçirilib. 

Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, Dövlət Taxıl Fondunun, “Aqrar Tədərük və Təchizat” ASC-nin və Aqrar Sığorta Fondunun nümayəndələrinin iştirakı ilə təşkil olunmuş onlayn görüşdə 30-a yaxın sahibkarlıq subyekti iştirak edib. 

Görüşdə əkin sahələrinin suvarılması, taxıl istehsalı, yeni ambarların tikilməsi və subsidiyaların verilməsi barədə müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb. Həmçinin, onlayn görüş çərçivəsində Aqrar Siğorta Fondu tərəfindən aqrar sığorta mexanizminə dair təqdimat keçirilərək sahibkarlar maarifləndirilib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.