Home » Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb

Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb

by bbnadm
0 comments 0 views 0 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2021-ci ilin birinci rübü ərzində 3,5 milyon müraciət qeydə alınıb.

Hazırda Nazirlik üzrə 103 xidmət e-platforma üzərindən göstərilir. Bu il ərzində qurumun fəaliyyət sahələri üzrə daha 50 xidmətin elektronlaşdırılması nəzərdə tutulur. Nəticədə Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi bu ilin sonuna  90%-ə çatacaq.

Eyni zamanda, “Virtual DOST mərkəzi” platformasının hazırlanması işləri də aparılır. Həmin e-platforma ölkəmizin istənilən yerində olan şəxsə hər hansı DOST mərkəzinə getmədən mobil aplikasiyalar vasitəsilə DOST xidmətlərindən faydalanmaq üçün müraciət imkanı yaradacaq.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.