Home » İqtisadiyyat Nazirliyində Böyük Britaniyanın İxracat naziri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində Böyük Britaniyanın İxracat naziri ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının İxracat naziri Qraham Styuart ilə görüşüb.

Mikayıl Cabbarov Azərbaycan-Böyük Britaniya əlaqələrinin genişləndiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında digər sahələrlə yanaşı, uğurlu ticarət və investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir. Qeyd edilib ki, 4-cü iclası keçirilən Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli əlaqələrin inkişafında önəmli platformadır.

Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, rəqəmsal ekosistemin inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə danışıb, Böyük Britaniya ilə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialının böyük olduğunu qeyd edib.

Görüşdə azad edilmiş ərazilərimizdə nəzərdə tutulan işlər barədə məlumat verilib. Böyük Britaniya və Şimali İrlandiya Krallığının İxracat naziri bu işlərdə Britaniya şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.