Home » SOCAR-ın prezidenti “Signify” şirkətinin baş icraçı direktorunu qəbul edib

SOCAR-ın prezidenti “Signify” şirkətinin baş icraçı direktorunu qəbul edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mayın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkət rəhbərliyinin digər nümayəndələrini qəbul edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davos iqtisadi forumunda görüşündən sonra iqtisadi və enerji dayanıqlığının Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, bu sahəyə aid texnologiyalarını təklif etmək üçün Bakıya səfər etdiyini bildirən Erik Rondolat “Signify” şirkətinin yeni işıqlandırma texnologiyaları sahəsində ixtisaslaşdığını, şirkətin LED texnologiyasına əsaslanan işıqlandırma sistemlərinin daha dayanıqlı və qənaətli olduğunu, daha effektiv idarə olunduğunu vurğulamışdır.

Görüşdə “Signify” şirkətinin təklif etdiyi işıqlandırma sistemlərinin SOCAR-ın emal zavodlarında və digər müəssisələrində tətbiqi imkanlarını araşdırmaq və səmərəliliyini müəyyən etmək üçün aidiyyəti sahələr üzrə məsul şəxslərlə danışıqların davam etdirilməsi təklif olunmuşdur.

Əvvəlki adı “Philips Lighting” olan “Signify” şirkəti şəhərlərin işıqlandırılması sahəsində dünyanın aparıcı şirkətlərindən sayılır. Şirkətin tətbiq etdiyi LED texnologiyası ilə elektrik enerjisinə qənaət etmək mümkündür. “Signify” artıq 20 ildir ki, həm də kənd təsərrüfatı məhsullarının işıqlandırma texnologiyaları ilə məşğuldur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.