Home » “Enactus regionlarda” layihəsinə Gəncə şəhərindən start verilib

“Enactus regionlarda” layihəsinə Gəncə şəhərindən start verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə “Enactus regionlarda” layihəsinə start verilib. 

Qeyd edək ki, “Enactus regionlarda” layihəsi çərçivəsində Azərbaycanın fərqli bölgələrinə səfərlər edilərək burada yaşayan gənclərin sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək göstəriləcək. 

Layihə çərçivəsində ilk təlimlər 17-18 iyun tarixlərində Gəncə şəhərində təşkil olunub. Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən təlimlərdə tələbələrə sahibkarlıq vərdişlərinin inkişafının əhəmiyyəti və bu istiqamətdə dövlət tərəfindən görülən işlər barədə məlumat verilib. KOBİA-nın Gəncə KOB İnkişaf Mərkəzinin direktoru Rəvan Cəfərli “Biznesin vergi və hüquqi aspektləri”, layihənin koordinatoru Rəşad Zeynalov “Sahibkarlığın əsasları və Enactus”, ADAU-nun nümayəndələri “Canvas biznes modeli” və “Karyera və şəxsi inkişaf”, biotexnologiyalar üzrə mütəxəssis Elgün Mahmudov “Təqdimat və nitq mədəniyyəti” mövzularında çıxış ediblər.

Təlimlərdə aktiv iştirak edən ADAU-nun tələbəsi Nərmin Babayeva: “Təlimlər şəxsi inkişafım, gələcək sahibkarlıq fəaliyyətim üçün faydalı oldu. Belə təlimlərin daha geniş auditoriyalar qarşısında davamlı olaraq təşkil olunmasını istərdim. Bu cür təlimlər sayəsində bəlkə də yüzlərlə gənc ideyalarını təkmilləşdirərək əsaslı bir biznesə çevirə bilər. Bu fürsəti gənclərə yaratdığı üçün təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.