Home » Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşların qəbulu qaydalarına uyğun olaraq, energetika naziri Pərviz Şahbazov videoformatda vətəndaşları qəbul edib. 
Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. 
Müraciətlər əsasən, təbii qaz təchizatı ilə bağlı texniki şərtin verilməsi, işlə təminat və digər məsələləri əhatə edib. 
Qəbul zamanı qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. 
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2021-ci il üzrə vətəndaş qəbulu qrafiki yenilənib və nazirliyin saytında yerləşdirilib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, minenergy@minenergy.gov.az elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.
Xüsusi karantin rejimi müddətində vətəndaş qəbulu onlayn olaraq həyata keçirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.