Home » Ağdaş rayonunda yeni istehsal kooperativi yaradılıb

Ağdaş rayonunda yeni istehsal kooperativi yaradılıb

by bbnadm
0 comments 1 views 1 minutes read

Ağdaş rayonunun Yenicə kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Aran” İstehsal Kooperativi yaradılıb.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 5 sahibkarlıq təsərrüfatından ibarət kooperativ 57 hektar ərazini əhatə edir. Kooperativə məxsus torpaq sahəsində kənd təsərrüfatı bitkilərinin, o cümlədən 15 hektar ərazidə nar bağının salınması, 42 hektarda isə taxıl, qarğıdalı, çəltik və yonca əkilməsi nəzərdə tutulur.

KOBİA-nın Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Aran” İstehsal Kooporativinin yaradılması üçün müvafiq sənədlərin hazırlanması və kooperativin qeydiyyatı prosesində zəruri informasiya və məsləhət xidməti, hüquqi yardım göstərilib, sahibkar kooperativlər və vergi qanunvericiliyi barədə ətraflı məlumatlandırılıb.

KOBİA və Agentliyin regional struktur bölmələri olan KOB İnkişaf Mərkəzi və KOB dostu tərəfindən “Aran” İstehsal Kooperativinə ehtiyacına uyğun olaraq lazımi dəstək davam etdiriləcəkdir.

Qeyd edək ki, kənd təsərrüfatı kooporativlərinin yaradılması mövcud resurslardan (torpaq, əmlak və s.) daha səmərəli istifadəyə imkan verir, fermerlərin xərclərini azaltmaqla gəlirlərini artırır. Kooperativlər həmçinin, təsərrüfata iri investisiyaların cəlb edilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və aqrar sahədə klasterləşmənin təşviqi baxımından da əhəmiyyətlidir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.