Home » ABA-nın dəstəyi və “Kapital Bank”ın təşkilatçılığı ilə “Rəqəmsal Bankçılıq Seminarı” keçirilmişdir

ABA-nın dəstəyi və “Kapital Bank”ın təşkilatçılığı ilə “Rəqəmsal Bankçılıq Seminarı” keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

15 mart 2023-cü il tarixində rəqəmsal bankçılıq və rəqəmsal satış üzrə dünyanın ən yaxşı təcrübələrini yerli bank sektorunun nümayəndələri ilə tanış etmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi və “Kapital Bank” ASC-nin təşkilatçılığı ilə “Rəqəmsal Bankçılıq Seminarı” (Digital Banking Workshop) adlı tədbir keçirilmişdir.

Türk dilində baş tutan seminarın məruzəçisi Türkiyədə və qlobal səviyyədə rəqəmsal bankçılıq üzrə zəngin təcrübəyə malik ekspert, “Mindberq” şirkətinin nümayəndəsi Serhat Yıldırım olmuşdur və tədbirdə rəqəmsal bankçılıq və rəqəmsal satış funksiyaları üzrə rəhbər səviyyədə çalışan 22 bankdan ümumilikdə 50-dək əməkdaş və mütəxəssislər iştirak etmişdir. 

Əlavə edək ki, ABA bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün yerli və xarici təşkilatlarla müxtəlif təlim proqramları və layihələr həyata keçirməkdədir. 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.