Home » ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib – Foto

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib – Foto

by anar
0 comment 5 views 1 minutes read

02 avqust 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

Görüşdə ekspertlərlə yanaşı Türkiyə Respublikasının AKBANK Təftiş Kurul Başkanı və Təftiş Kurulun digər rəhbər heyəti, o cümlədən görüşün ev sahibliyini edən YapıKredi Bankın idarəetmə orqanın rəhbərləri iştirak etmişdir. AKBANK Təftiş kurulunu təmsil edən heyət tərəfindən tətbiq etdikləri qabaqcıl təcrübələr, risk qiymətləndirmə metodologiyaları, tətbiq edilən modellər, istifadə olunan analitik alətlər haqqında ətraflı məlumat təqdim edilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda müzakirə edilən istiqamətlərdə daha sıx əməkdaşlığın edilməsi imkanlarının açıq olduğu vurğulanmış və gələcəkdə də təcrübə mübadiləsinin aparılması razılaşdırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.