Home » ABA-nın Ekspert Qrupunun üzvü “Kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi” adlı seminarda iştirak etmişdir

ABA-nın Ekspert Qrupunun üzvü “Kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi” adlı seminarda iştirak etmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun üzvü İlqar Əliyev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə 13 – 14 dekabr 2022-ci il tarixlərində “Kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi” adlı 2 günlük seminarda iştirak etmişdir.

Avropa Komissiyasının TAIEX alətinin dəstəyilə həyata keçirilən bu tədbirin əsas məqsədi təcrübə mübadiləsi yolu ilə Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, o cümlədən İKT sahəsində ekosistemin, eləcə də qanunvericilik bazasının gücləndirilməsinə töhfənin verilməsidir.

Seminar çərçivəsində Avropa Komissiyasının müvafiq ekspertləri tərəfindən “Kibertəhlükəsizlik və dayanıqlıq: kritik infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi”, “Kibertəhlükəsizlik sahəsində idarəetmə”, “Kibertəhlükəsizlik sahəsində qanunvericiliyinə dair təcrübə mübadiləsi”, “Kiber potensialın gücləndirilməsi” və sair mövzular üzrə məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.