

26 may 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Qazaxstan Maliyyəçilər Assosiasiyasının (QMA) sədri Elena Baxmutova ilə işguzar görüşü baş tutmuşdur.
Görüş zamanı hər iki qurumun fəaliyyəti istiqamətləri ətrafinda müzakirələrə toxunulmuş, gələcək ikitərəfli əməkdaşlıq və QMA-nın “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”-na üzv olması müzakirə edilmişdir.
Bundan əlavə görüşdə, 24-25 yun tarixlərində Bakıda baş tutacaq “FİNTEX SAMMİT 2025” Forumu çərçivəsində ABA və QMA arasında Anlaşma Memorandumunun imzalanması qərara alınmışdır.
Bildirək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Beynəlxalq Bank Şurasını buna misal gətirmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.