Home » ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə” Ekspert Qrupunun novbəti iclası keçirilmişdir

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə” Ekspert Qrupunun novbəti iclası keçirilmişdir

by anar
0 comments 35 views 1 minutes read

10 iyun 2025-ci il tarixində, ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə” Ekspert Qrupunun novbəti iclası keçirilmişdir. İclasda ABA üzvlərinin İnsan resurslarının idarə edilməsi üzrə struktur bölmələrinin rəhbər şəxsləri və ekspertlər iştirak etmişdir.

İclasda insan resurslarının idarə edilməsi üzrə yeniliklərin, elektron sistemlər vasitəsi ilə əməliyyatların aparılması zamanı qarşıya çıxan məsələlərin və digər cari məsələlərin müzakirəsi, həmçinin insan resurslarının idarə edilməsi sahəsi üzrə daxili təcrübələrin bölüşülməsi həyata keçirilmişdir.

Eyni zamanda görüşdə beynəlxalq təcrübəyə malik “Mercer” şirkətinin Türkiyə ofisinin nümayəndələri tərəfindən əmək haqqı sorğularının keçirilməsi, hesabatların hazırlanması və digər yeniliklər ilə bağlı onlayn qaydada ekspertlərə təqdimat keçirilmişdir.

Bundan əlavə Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin eksperti və təlimçisi Rauf Ağayev tərəfindən işçilərin psixometrik qiymətləndirilməsi, komandanın effektivliyinin təhlili və uyğunluğunun aparılması məqsədi ilə beynəlxalq və yerli bazarda uğurla tətbiq edilən “Thomas International” platforması haqqında məlumat verilmiş, xidmətlrəin xüsusiyyəti izah edilmiş və ekspertlərin sualları cavablandırılmışdır. Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi Thomas International” platformasının ölkəmizdəki yeganə rəsmi satış tərəfdaşıdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.