ABA-nın İşçi Qrupu və DVX nümayəndələri arasında görüş keçirilib

9 avqust 2022-ci il tarixində Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında onlayn görüş keçirilib.

Görüş zamanı vergi borcları üzrə sərəncamların hesab üzrə icra edilməsi, müvafiq proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə olunmuş, tərəfləri maraqlandıran suallara cavab verilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır