Home » ABA-nın prezidenti Zakir Nuriyev “Birinci Mərkəzi Asiya Maliyyə Bank Forumu – Banklar və Fintex 2025”də çıxış etmişdir

ABA-nın prezidenti Zakir Nuriyev “Birinci Mərkəzi Asiya Maliyyə Bank Forumu – Banklar və Fintex 2025”də çıxış etmişdir

by yunus
0 comments 2 views 1 minutes read

12-14 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər heyəti Qazaxıstan Respublikasında keçirilən “Birinci Mərkəzi Asiya Maliyyə Bank Forumu – Banklar və Fintex 2025” adlı forumda iştirak etmişdir.

Forumunda açılış nitqində çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev türkdilli dövlətlər arasında maliyyə əməkdaşlığının güclənməsinin əhəmiyyətini vurğulayıb. O, regionda maliyyə inteqrasiyası, rəqəmsal transformasiya, innovativ ödəmə sistemləri və süni intellektin bank sektorundakı rolu ilə bağlı mühüm çağırışlara toxunub.

Çıxışda qeyd olunub ki, Türk Dövlətləri arasında investisiya fondlarının ümumi həcmi 825 milyon ABŞ dollarına çatıb və bu təşəbbüslər qarşılıqlı iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir. Eyni zamanda, Trans-Xəzər Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların 62% artması regionun logistika imkanlarını və bank layihələrinin maliyyə perspektivlərini genişləndirir.

Zakir Nuriyev Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının fəaliyyətindən də danışıb. 2022-ci ildən bəri fəaliyyət göstərən Şura bank sektoru üzrə ümumi aktivləri 1,36 trilyon dollara çatdırmaqla yanaşı, loqo və onlayn platformasını təqdim edib, beynəlxalq forumlar və peşəkar təlimlər təşkil edib, həmçinin üzv ölkələr arasında təcrübə mübadiləsini genişləndirib.

Forumda süni intellekt, blokçeyn, kriptovalyutalar və Mərkəzi Bank rəqəmsal valyutalarının gələcək inkişafı kimi müasir texnologiyaların maliyyə sisteminə təsiri müzakirə olunub. Nuriyev vurğulayıb ki, qarşılıqlı koordinasiya və strateji əməkdaşlıq üzv ölkələrdə dayanıqlı iqtisadi inkişaf üçün mühüm platforma yaradır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.