Home » ABA-nın üzv təşkilatları üçün Səudiyyə İxrac Proqramının təqdimatı keçirilib

ABA-nın üzv təşkilatları üçün Səudiyyə İxrac Proqramının təqdimatı keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

11 fevral 2020-ci il tarixində “Amrahbank” ASC-nin baş ofisində Səudiyyə İnkişaf Fondunun (SFD) nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzv təşkilatları arasında görüş keçirilib. Görüşdə Səudiyyə İnkişaf Fondunun eksport üzrə maliyyə direktoru cənab Ali Algarni, mühasibatlıq və monitorinq departamentinin sədri cənab Mohammed Al-Tombkti, marketinq və informasiya departamentinin mütəxəssisi cənab Navaf Al-Ojruş, ABA-ya üzv olan bankların nümayəndələri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) nümayəndələri, o cümlədən bir sıra iş adamları iştirak ediblər.

Görüş çərçivəsində iştirakçılara Fondun Səudiyyə İxrac Proqramı (SİP) barədə təqdimat keçirilib, proqramın müraciət və icra prosedurları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 10 fevral tarixində SFD ilə “Amrahbank” ASC arasında rəsmi əməkdaşlıq barəsində razılıq əldə olunub. Razılığa əsasən Bankın müştəriləri Səudiyyə Ərəbistanından göndərilən məhsul və xidmət növlərinin, eləcə də Azərbaycanda real sektorun maliyyələşdirilməsində birgə əməkdaşlıq ediləcəkdir. Bununla yanaşı, görüş əsnasında SFD ilə digər banklar arasında B2B görüşlər keçirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.