ABA tərəfindən “Ağıllı qiymət strategiyaları” mövzusunda vebinar keçirilib

Azərbaycan Banklar Assosiasiyası tərəfindən 20 sentyabr 2022-ci il tarixində “Ağıllı qiymət strategiyaları” mövzusunda vebinar keçirilmişdir.

Qeyd edilən mövzuda “Simon-Kucher & Partners” şirkətinin qlobal kreditləşmə üzrə rəhbəri Dr.Benjamin Velstayn təqdimatla çıxış edib. Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır