Home » “Fitch Ratings”: Brent neftinin qiyməti 2026-cı ilin sonunadək 70 dollara enəcək

“Fitch Ratings”: Brent neftinin qiyməti 2026-cı ilin sonunadək 70 dollara enəcək

by Zeyneb
0 comments 0 views 1 minutes read

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı ilin dördüncü rübünədək Brent markalı neftin qiymətinin davamlı şəkildə bir barel üçün 70 ABŞ dollarına enəcəyini proqnozlaşdırır.

Bu barədə “APA-Economics” agentliyin hesabatına istinadən məlumat yayıb.

Hesabata əsasən, ABŞ-İran müharibəsi və bunun nəticəsində yaranan neft tədarükü şoku qlobal kredit mühitinə mənfi təsir göstərsə də, bu amil agentliyin qlobal kredit bazarı ilə bağlı əsas gözləntilərini köklü şəkildə dəyişməyib.

“Fitch Ratings” bildirib ki, ötən ilin sonundakı ilkin qiymətləndirmə ilə müqayisədə 2026-cı il üzrə “pisləşən” kimi qiymətləndirilən sektor və aktivlərin sayı əhəmiyyətli dərəcədə artıb. Agentlik qiymətləndirdiyi sektorların təxminən üçdə birində əməliyyat və biznes şəraitinin, strukturlaşdırılmış maliyyə sektorlarında isə aktiv göstəricilərinin 2025-ci illə müqayisədə zəifləyəcəyini gözləyir.

Hesabatda qeyd olunur ki, makroiqtisadi və kredit risklərinin artması bəzi reytinqlərin aşağı salınmasına və bir sıra sektorlar üzrə mənfi proqnozların çoxalmasına səbəb olsa da, reytinqlərin böyük əksəriyyəti “Sabit” proqnozunu qoruyur.

Agentliyin qiymətləndirməsinə görə, Hörmüz boğazının təxminən dörd ay ərzində faktiki bağlı qalması neft bazarına ciddi təsir göstərsə də, bu şokun müvəqqəti xarakter daşıması səbəbindən ilin sonuna doğru qiymətlərin yenidən aşağı düşəcəyi gözlənilir.

Bununla yanaşı, hesabatda vurğulanır ki, süni intellekt texnologiyalarına yönələn investisiyaların artması, xüsusilə Asiyanın texnologiya ixracatçısı ölkələri üçün qlobal ticarəti dəstəkləyib. ABŞ-da kapital qoyuluşlarının artımı və süni intellektlə bağlı investor optimizmi də əmək bazarında müşahidə olunan yumşalmaya baxmayaraq iqtisadi fəallığın qorunmasına müsbət təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.