Home » ABA və Beynəlxalq Valyuta Fondunun nümayəndələri arasında görüş keçirilmişdir

ABA və Beynəlxalq Valyuta Fondunun nümayəndələri arasında görüş keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Məlum olduğu kimi, BVF 1-12 fevral 2021-ci il tarixlərində Azərbaycanda virtual komissiya təşkil etmişdir. Komissiya son iqtisadi, fiskal, maliyyə irəliləyişləri və ortamüddətli prespektivlər, siyasi təşəbbüslər və planların müzakirəsi məqsədi ilə təşkil olunmuşdur. Komissiyaya Azərbaycan üzrə missiya rəisi Natalya Tamirisa həmçinin Fondun Orta Şərq və Mərkəzi Asiya bölməsinin iqtisadçıları Jiri Jonas, Gustavo Ramirez, Amine Yaaqoubi, Maliyyə İşləri  şöbəsindən  Jean-François Wen, Maliyyə və Kapital Bazarları departamentindən Yijhi Xu, Statistika  departamentindən isə Noriaki Kinoshita rəhbərlik etmişdir.

Belə görüşlərdən biri də 9 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasyası ilə Beynəlxalq Valyuta Fondunun nümayəndələri arasında keçirilmişdir.

Azərbaycan Banklar Assosiasyası ilə Beynəlxalq Valyuta Fondunun nümayəndələri arasında keçirilən görüşün əsas məqsədi bu missiya daxilində bank sisteminin sağlamlığı, COVID paketi, kredit inkişafının prespektivlərinin müzakirəsi olmuşdur. Görüşdə həmçinin bank sektorundakı son irəliləyişlərə ümumi baxış, Covidin bank sektoruna təsiri, əmanət sığortası, maliyyə sektoruna nəzarət və tənzimləmə kimi mövzulara toxunulmuşdur.

Qeyd edək ki, bu kimi görüşlər illik əsasda aparılmaqdadır

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.