ABB-dən “Neftçilər günü”nə özəl endirimli kredit

Azərbaycan Beynəlxalq Bankı 20 sentyabr “Neftçilər günü”nə özəl olaraq neft-qaz sektorunda çalışan müştərilər üçün kredit kampaniyası elan edib. Bankın əmək haqqı kartına malik hər bir neft-qaz sənayesi işçisi və bu sektora xidmət göstərən podratçı şirkətlərin əməkdaşları kampaniya müddətində nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankından illik 18%-lə ala bilərlər.

Kampaniyanın özəllikləri:

Məbləğ  – 20 000 manatadək

Müddət  – 48 ayadək

İllik faiz dərəcəsi: – 18%

Komissiya haqqı – yoxdur

Kampaniya 14 sentyabrdan 25 sentyabra qədər keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də Bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, Bankın mobil əlavəsində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müştərilər  bu endirimli kredit imkanından faydalanmaqla yanaşı, TamKart VISA Classic və TamKart Mastercard Standard kartlarını da heç bir xidmət haqqı ödəmədən Bankdan ala bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır