Home » ABB-nin dəstəyi ilə türk dövlətlərinin biznes liderləri Bakıda bir araya gəldi

ABB-nin dəstəyi ilə türk dövlətlərinin biznes liderləri Bakıda bir araya gəldi

by Aytac
0 comments 0 views 1 minutes read

Bakıda ilk dəfə olaraq “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) biznes liderləri ilə məlumatlandırma görüşü” keçirilib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının təşkil etdiyi görüşə ABB də dəstək verib. Belə bir görüşün məqsədi sahibkarlara Türk İnvestisiya Fondunun fəaliyyəti haqqında məlumat vermək, onlara Fondun imkanlarından faydalanmaqda dəstək olmaqdır.

Tədbirdə energetika, infrastruktur, texnologiya, kənd təsərrüfatı, logistika, turizm və s. sektorlara investisiya imkanları barədə təqdimatlar olub. O cümlədən, Türk Ticarət və Sənaye Palataları Birliyinə üzv ölkələrdə biznes və investisiya imkanları mövzusunda təqdimatlar dinlənilib. Həmçinin Birliyin Qadın Sahibkarlar Şurasının fəaliyyəti haqqında məlumatlar təqdim edilib.

Tədbir çərçivəsində Türk İnvestisiya Fondu ilə Türk Ticarət və Sənaye Palataları Birliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandum gələcək əməkdaşlıq perspektivlərini nəzərdə tutur.

Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Omuraliyev,  Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Əmrəyev, TCCI təşkilatına üzv ölkələrin ticarət palatalarının rəhbərləri, bu dövlətlərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri də iştirak edib.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.