Home » ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

by Aytac
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Dünyanın müxtəlif ölkələrində futbol düşərgələri təşkil edən “Real Madrid Foundation” ABB-nin baş sponsorluğu, Footland-ın təşkilatçılığı ilə bu il Azərbaycanda ikinci dəfə “Real Madrid Foundation Azerbaijan Clinic” proqramını həyata keçirib. “Sabis Sun International School”un ərazisində təşkil olunan futbol düşərgəsinin keçirilməsinə Visa, Epoint şirkətləri də dəstək verib.

Belə bir düşərgənin təşkilində məqsəd 6-17 yaş aralığında 250 uşağa futbol bacarıqlarını və idman dəyərlərini öyrətmək, bütün iştirakçıların unikal təcrübəyə yiyələnməsinə kömək göstərməkdir. Bu layihə beynəlxalq standartlara uyğun hazırlanıb. “Real Madrid Foundation” yüksək səviyyəli futbol məşqçilərinin rəhbərliyi altında xüsusi təlimlər keçməklə onlara futbol bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Builki düşərgə zamanı aparılan seçimlər əsasında yeni bir uşaq futbol komandası formalaşdırılıb. Komanda ölkəmizi İspaniyanın Madrid şəhərində keçirilən “Real Madrid Foundation World Challenge” turnirində təmsil edəcək.

Xatırladaq ki, ötən il formalaşdırılmış komanda da bu ilin martında həmin turnirə qatılıb və 16 ölkənin komandaları arasında ən güclülərdən olub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.