Home » “Nas Project” BOKT-un xalis mənfəəti azalıb, aktivləri isə kəskin artıb

“Nas Project” BOKT-un xalis mənfəəti azalıb, aktivləri isə kəskin artıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Nas Project ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 525 min manat xalis mənfəətlə başa vurub. Bu barədə “Report” şirkətin maliyyə hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 10,9 % azdır. Ötən il BOKT-un vergiyəqədərki mənfəəti 678 min manat təşkil edib ki, bu da illik müqayisədə 7,9 % azalma deməkdir. Eyni dövrdə mənfəət vergisi ödəmələri isə 4,8 % artaraq 154 min manata yüksəlib.

2026-cı il yanvarın 1-nə “Nas Project”in aktivləri 8,319 milyon manata çatıb ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 61,3 % çoxdur. Aktivlərin əsas hissəsini – 7,379 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edir. 2025-ci ildə təşkilatın kredit portfeli 45,5 % böyüyüb.

Hesabat dövründə şirkətin öhdəlikləri 97,5 % artaraq 6,513 milyon manata çatıb. Bununla yanaşı, balans kapitalı 2,8 % azalaraq 1,807 milyon manat səviyyəsinə enib.

Qeyd edək ki, “Nas Project” 2020-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1,3 milyon manatdır və onun 100 % səhmləri Məhəmməd Quliyevə məxsusdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.