Home » ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir!

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir!

by yunus
0 comments 0 views 1 minutes read

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi ağacəkmə aksiyasında iştirak edib.

Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış müvafiq “Anlaşma Memorandumu” əsasında təşkil olunub.

Aksiya Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış sahədə keçirilib. Başlanğıc günündə 1 hektar ərazidə 625 ağac əkilib. Növbəti günlərdə isə ağacəkmə 50 hektar sahədə aparılacaq, ümumən 31 150 ağac əkiləcək. Müvafiq qurumların, o cümlədən ABB-nin maliyyə dəstəyi ilə ərazidə damla-sulama sistemi də qurulacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.