Home » ABŞ 100-ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

ABŞ 100-ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ bir sıra ölkələrə 10%-lik gömrük rüsumu tətbiq edəcək.

BBN.az xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessentin açıqlamasına görə, Vaşinqtonla yaxşı niyyətlə ticarət danışıqları aparan ölkələrə 10% gömrük rüsumu tətbiq olunacaq.

“Prezident vicdanla danışıqlar aparan tərəfləri mükafatlandırmaq istəyir. Məncə, təxminən 100-ə yaxın ölkə olacaq ki, onlar minimum 10%-lik cavab rüsumunu alacaqlar, sonra isə vəziyyətə baxacağıq”, — deyə Bessent bildirib.

Nazirin sözlərinə görə, iyulun 9-na qədər olan müddətdə ABŞ və digər ölkələr arasında yeni ticarət razılaşmalarının əldə olunacağı gözlənilir.

Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumları tətbiq ediləcəyini elan etmişdi. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.

Həmin gün Tramp bəzi cavab rüsumlarının 90 gün müddətinə dayandırıldığını və bu müddət ərzində 10%-lik tarifin qüvvədə qalacağını bildirmişdi. İyunun 27-də isə prezident açıqlayıb ki, ABŞ yaxın bir həftə yarım ərzində ayrıca sazişlərin imzalanmayacağı ölkələrə gələcək ticarət şərtləri və gömrük rüsumu dərəcələri barədə məlumat verəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.