Home » ABŞ-da “TikTok”la bağlı “müharibə”: 7 milyondan çox kiçik biznes təhlükədədir

ABŞ-da “TikTok”la bağlı “müharibə”: 7 milyondan çox kiçik biznes təhlükədədir

by ulviyya
0 rəy 8 baxış 1 dəqiqə oxuma

Video paylaşım platforması, Çinə məxsus ByteDance-ın törəmə şirkəti TikTok-un ABŞ-da istifadəsinə qadağa qoyula bilər.  ABŞ Konqresində qadağa ilə bağlı yeni qanun isə səsvermədən sonra Senate-a göndərilib.

BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, qadağa məsələsinə səbəb isə Çinin amerikalıların şəxsi məlumatlarının oğurlanması, həmin məlumatlardan 2024-cü ilin noyabrda baş tutacaq prezident seçkilərində istifadəsi ehtimalı və ümumilikdə milli təhlükəsizlik məsələsindən qaynaqlanır.

Öz növbəsində isə TikTok ABŞ hökuməti tərəfindən olan bütün ittihamları təkzib edir və əlavə edir ki, amerikalıların data-ları yalnız onların özlərinə məxsus server-də saxlanılır.

Qeyd edək ki, TikTok-un ABŞ-da qadağa edilməsi 170 milyon amerikalı (əksəriyyətinin milyondan çox izləyiciləri var-red.) istifadəçilər və 7 milyondan çox kiçik bizneslər üçün təhlükə deməkdir.

Prezidentliyə namizəd Donald Trump isə qeyd edib ki, onun TikTok-u ölkə səviyyəsində qadağa edilməsi ilə bağlı bir fikri yoxdur. Seçicilər isə əmindirlər ki, TikTok-un qadağa olunması məsələsi onların bu il keçiriləcək prezident seçkilərində qərarlarına təsir edəcək. Səsvermədə iştirak edəcək seçicilərin 22%-i isə platformanı gündə 1 dəfə və daha çox istifadə edirlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.