Home » ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycan və Ermənistana səfər edəcək

ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycan və Ermənistana səfər edəcək

by Zeyneb
0 comments 1 views 1 minutes read

ABŞ-ın vitse-prezidenti C.D. Vens fevral ayında Azərbaycan və Ermənistana səfər edəcək.

BBN.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial media platformasında paylaşım edib.

ABŞ lideri yazıb ki, vitse-prezident hər iki ölkəyə səfər edərək sülh təşəbbüslərini davam etdirəcək və beynəlxalq sülh və rifah gündəliyini irəlilədəcək.

Donald Tramp bildirib ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığı gücləndirməyi və Bakıya Amerika istehsalı olan müdafiə məhsullarını, o cümlədən zirehli geyim və qayıqlar satmağı planlaşdırır.

Prezident həmçinin Ermənistanla mülki nüvə enerjisi sahəsində əməkdaşlıq barədə razılaşma əldə olunduğunu və Amerika yarımkeçirici şirkətləri ilə müqavilələrin nəzərdə tutulduğunu qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.