Home » ABŞ-ın Xəzər Siyasət Mərkəzinin rəhbər heyəti KOBİA-da olub

ABŞ-ın Xəzər Siyasət Mərkəzinin rəhbər heyəti KOBİA-da olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ-ın müstəqil beyin mərkəzi olan Xəzər Siyasət Mərkəzinin (“Caspian Policy Center”) üzvləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov mərkəzin icraçı direktoru və idarə heyətinin üzvü Əfqan Nifti, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta və müxtəlif ölkələrdə səfir işləmiş Riçard Hoqland, eləcə də elmi dairələrin nümayəndələrindən ibarət nümayəndə heyətinə Azərbaycanın biznes və investisiya imkanları, iqtisadiyyatın şaxələndirilməsi tədbirləri, o cümlədən iqtisadiyyatda kiçik və orta sahibkarlığın rolunun və rəqabətqabiliyyətinin artırılması istiqamətində görülən tədbirlər, KOB-lara göstərilən dövlət dəstəyi, Agentliyin fəaliyəti və dəstək mexanizmləri barədə məlumat verib. 

Görüşdə həmçinin, qonaqları maraqlandıran suallar cavablandırılıb və mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.