Home » “AccessBank” mülki müdafiə təlimlərini davam etdirir

“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əməkdaş və müştərilərinin təhlükəsizliyə önəm verən “AccessBank” bu aydan etibarən mülki müdafiə təlimlərinə start verib. 

Bu dəfəki təlimlər Bankın  Salyan, Cəlilabad və Lənkəran filiallarında baş tutub. Seminarların əsas məqsədi filial əməkdaşlarını təhlükəsizlik və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmaqdır.

“AccessBank”ın İdarə Heyəti Sədrinin Birinci Müavini Yevqeniya Qaşikulina filial əməkdaşları ilə görüşərək, bu tip seminarların keçirilməsinin əməkdaş və müştərilərin təhlükəsizliyi üçün vacibliyini vurğulayıb. Xanım Qaşikulina Bankın əməkdaşlarını həmçinin işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi münasibətilə də təbrik edib.

Qeyd edək ki, “AccessBank” Qarabağ ətrafında baş verən cari hadisələrlə əlaqədar olaraq, mülki müdafi təlimlərinə start verib. Xüsusi peşəkar təlimçilər tərəfindən həyata keçirilən seminarlar ilk olaraq Bankın cəbhəyani, həmçinin hücumlara məruz qalan digər bölgələrində yerləşən filiallarında baş tutub. Təlimlər “AccessBank”ın digər filiallarında da həyata keçiriləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.