Home » AERA-nın İdarə Heyətinin sədri “WindEurope” Assosiasiyasının nümayəndələrini qəbul edib

AERA-nın İdarə Heyətinin sədri “WindEurope” Assosiasiyasının nümayəndələrini qəbul edib

by anar
0 comments 11 views 1 minutes read

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov “WindEurope” Assosiasiyasının Baş icraçı direktoru Caylz Dikson və qurumun Sənaye məsələləri üzrə direktoru Filip Kolu qəbul edib.

Görüşdə Hitachi Energy Türkiye Elektrik Sanayi A.Ş.-nin Türkiyə, Azərbaycan və Gürcüstan üzrə satış və marketinq meneceri Ayşe Yurtoğlu və Jan De Nul Groupun Biznesin inkişafı üzrə meneceri Ştefan Muntoiu iştirak ediblər.

Qonaqları salamlayan Agentliyin İdarə Heyətinin sədri Samir Axundov AERA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib.  Qonaqlar, öz növbəsində, təmsil etdikləri qurumların fəaliyyətindən söz açıblar.

Görüş zamanı bərpaolunan enerji mənbələri sahəsində investisiya imkanları, qanunvericilik, tariflər, elektrik enerjisi alqı-satqı müqavilələri (Power Purchase Agreements), müvafiq sahədə rəqabətli bazarın yaradılması, balanslaşdırıcı bazarlar, enerji saxlanc sistemləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.