Home » Agentliyin direktoru: AYİB-in manat istiqrazları yerli və xarici maliyyə qurumlarına yeni fürsətlər açır

Agentliyin direktoru: AYİB-in manat istiqrazları yerli və xarici maliyyə qurumlarına yeni fürsətlər açır

by yunus
0 comments 0 views 1 minutes read

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) buraxdığı manatla istiqrazlar həm yerli, həm də xarici maliyyə qurumları üçün yeni fürsətlər açır.

BBN.az xəbər verir ki, bunu Bakıda keçirilən “Alman-Azərbaycan İxrac Maliyyə Konfransı 2025”də Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın borc mövqeyi hazırda sabit və dayanıqlıdır. “2025-ci ilin üçüncü rübünün nəticələrinə əsasən, ölkənin ümumi dövlət borcu ÜDM-in 19,6 faizinə bərabərdir. Bunun 37 faizi xarici, 67 faizi isə daxili borcun payına düşür. Bu göstəricilər 2018-ci ildə qəbul edilmiş ilk borc idarəetmə strategiyasının uğurlu icrasının nəticəsidir”, – deyə A. Mursaqulov qeyd edib.

O xatırladıb ki, 2018-ci ildə dövlət borcu portfelinin 92 faizi xarici valyutada formalaşmışdı. Son 7 ildə aparılan islahatlar nəticəsində daxili bazarın payı xeyli artıb. “Bu müddətdə dövlət istiqrazlarının həcmi yeddi dəfə böyüyüb. Əvvəllər bazarda əsasən banklar və sığorta şirkətləri aktiv idisə, bu gün artıq korporasiyalar, fiziki şəxslər və xarici investorlar da bazarın iştirakçıları sırasındadır”, – deyə o bildirib.

Azər Mursaqulov əlavə edib ki, beynəlxalq maliyyə institutları da son dövrlərdə manatla istiqraz buraxmağa başlayıblar. “Manatla və xarici valyutada buraxılan alətlər arasındakı gəlir fərqi həm yerli, həm də xarici investorlar üçün əlavə gəlir və diversifikasiya imkanları yaradır”, – deyə o vurğulayıb.

APA

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.