Home » Aİ Ermənistan məhsullarının 80%-ni gömrük rüsumlarından azad edəcək

Aİ Ermənistan məhsullarının 80%-ni gömrük rüsumlarından azad edəcək

by yunus
0 comments 0 views 1 minutes read

Avropa İttifaqı Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirmək istiqamətində yeni addımlar atır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Ermənistan məhsullarının təxminən 80 faizi Aİ bazarına gömrük rüsumu tətbiq olunmadan çıxarıla biləcək.

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən fon der Leyen ölkəyə əlavə 18 milyon avro maliyyə dəstəyi ayrılacağını da açıqlayıb. Onun sözlərinə görə, bu vəsait Ermənistan şirkətlərinin ixrac imkanlarının genişləndirilməsinə və xarici bazarlara çıxışının artırılmasına xidmət edəcək.

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, ayrılan 18 milyon avro iyun ayında elan edilmiş 52 milyon avroluq dəstək paketinin tərkib hissəsidir. Həyata keçiriləcək ticarət tədbirləri nəticəsində Ermənistanın Aİ-yə ixrac etdiyi məhsulların təxminən 80 faizi gömrük rüsumlarından azad olunacaq.

Fon der Leyen vurğulayıb ki, bu addım Ermənistanın əsas ixrac bazarlarını şaxələndirməsinə və 450 milyondan çox istehlakçısı olan Avropa İttifaqı bazarına çıxışını genişləndirməsinə imkan yaradacaq.

O, həmçinin Ermənistanın Avropa İttifaqına yaxınlaşmasının Cənubi Qafqazda regional əməkdaşlığın güclənməsinə töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, regionda sülh sazişinin əldə olunması və Türkiyə ilə münasibətlərin normallaşdırılması iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıyır.

Fon der Leyen əlavə edib ki, Avropa İttifaqı Ermənistanın üzləşdiyi iqtisadi təzyiqləri nəzərə alır və tərəfdaş ölkələrə dəstəyini davam etdirəcək. O, xatırladıb ki, Aİ daha əvvəl Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinin dəstəklənməsi məqsədilə 200 milyon avroluq yeni maliyyə paketi elan edib. Bu təşəbbüsün gələcəkdə 2 milyard avroya qədər investisiyanın cəlb edilməsinə təkan verəcəyi gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.