Home » Aİ Macarıstana 900 milyon avro ödəməyə hazırlaşır

Aİ Macarıstana 900 milyon avro ödəməyə hazırlaşır

by yunus
0 comments 1 views 1 minutes read

Aİ Komissiyasından verilən açıqlamada, Macarıstanın iqtisadi canlanma proqramı planı çərçivəsində enerji sahəsində etdiyi dəyişikliklərin müsbət qiymətləndirildiyi bildirilib.

BBN.az xəbər verir ki, açıqlamada proqram Macarıstanda 67 islahat və 47 investisiya üçün 6,5 milyard avro qrant və 3,9 milyard avro kredit olmaqla ümumilikdə 10,4 milyard avro vəsait təmin edəcəyi bildirilib.

Açıqlamada düzəliş edilmiş planda yaşıl transformasiyaya güclü diqqət yetirildiyi vurğulanmış və mövcud vəsaitin üçdə ikisinin iqlim məqsədlərinə dəstək verən tədbirlərə ayrıldığı vurğulanmışdır. Bildirilib ki, Aİ Komissiyasının Macarıstanın fondların enerji hissəsindən 900 milyon avro ön maliyyə almasını təklif etdiyi və Komissiyanın qiymətləndirməsini təsdiqləmək üçün Aİ Şurasının 4 həftə vaxtının olduğu vurğulanıb.

Qeyd edək ki, Aİ uzun müddətdir ki, Macarıstanı demokratiya və qanunun aliliyi kimi fundamental sahələrdə gerilədiyinə görə tənqid edir və Macarıstanın bərpa proqramı çərçivəsində vəsait köçürməyib. Öz növbəsində, Macarıstan isə Aİ-nın Ukraynaya verməyi planlaşdırdığı maliyyə yardımını təsdiq etməyib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.