Home » Almaniya Çindən asılılığı azaltmaq niyyətindədir: Kansler açıqlama verib

Almaniya Çindən asılılığı azaltmaq niyyətindədir: Kansler açıqlama verib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Noyabrın 15-də Almaniyanın kansleri Olaf Scholz İndoneziya, Bali adasında təşkil edilən G20 ölkələrinin sammitində iştirak etməzdən əvvəl, Viyetnam və Sinqapura səfər edib.

BBN.az DW Business TV-yə istinadən xəbər verir ki, kansler açıqlamasında qeyd edib ki, Berlin istəyir ki, Alman şirkətləri özlərinin təchizat zəncirlərini genişləndirsinlər, daha çox bazar yaratsınlar, xam material mənbələrini diverifikasiya etsinlər və individual bir ölkədən asılılığı azaltsınlar. 

DW Business-dən qeyd edilib ki, Scholz öz açıqlaması çərçivəsində xüsusilə Çinin adını çəkməyib. Lakin bu aydın idi ki, o Çinin istehsal gücünə eyham edib. Almaniya iqtisadiyyatının bir sıra sektorları kəskin şəkildə Çindən asılıdırlar. 2010-cu ildə ölkənin Çin bazarına investisiyası Almaniyanın Asiya qitəsindəki birbaşa investisiyalarının 1/3-ni təşkil edib. Təxminən 10 ildən sonra isə bu rəqəm demək olar ki, yarıya qədər, 46.5%-ə qədər yüksəlib. Eyni zamanda, oxşar zaman çərçivəsində Almaniyanın ASEAN ölkələrinə investisiyaları isə azalıb.   

Almaniyanın Çindən sonra, investisiya etdiyi ASEAN ölkələrinin ən böyük TOP 10-a İndoneziya, Malayziya, Filippin, Tayland, Viyetnam və s. daxil olub. Son 10 ildə Almaniyanın ASEAN ölkələrinə investisiyası 17.0% təşkil edib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.