

Almaniyada iyun ayı illik inflyasiya 2 faiz olub.
BBN.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) Aİ-ə uyğunlaşdırılmış istehlakçı qiymət indeksinə dair iyun ayı göstəricilərini açıqlayıb.
Destatis-in məlumatına görə, iyun ayında Almaniyada istehlakçı qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb. Bloomberg-in sorğusunda iştirak edən 15 iqtisadçı isə orta hesabla 2,2 faizlik artım proqnozlaşdırırdı. Xatırladaq ki, may ayında illik inflyasiya 2,1 faiz səviyyəsində qeydə alınmışdı.
Aylıq müqayisədə isə istehlakçı qiymətləri iyun ayında 0,1 faiz artıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar bu göstəricinin 0,3 faiz olacağını gözləyirdilər. May ayında isə aylıq inflyasiya 0,2 faiz təşkil etmişdi.