Dünyanın ən böyük almaz və brilliant hasilatçı ölkələrindən olan Rusiya Federasiyası tələbi qarşılamaqda çətinlik çəkir. Bu barədə, dünyanın ən böyük daş-qaş hasilatçısı “Alrosa” şirkətinin direktoru Sergey Taxiyev ictimaiyyətə açıqlama verib. O bildirib ki, 2010-cu ildə 128 milyon karatlıq almaz hasilatı tələbatı ödəməyə kifayət etsə də, 2016-cı ildə artıq 150 milyon karatı ötən hasilat yetərsiz qalırdı.
Rusiya mərkəzli “Alrosa” 2021-ci ilin ilk 11 ayında ümumi daş-qaş hasilatını 3.9 milyard dollara yüksəldib. Bu göstərici, 2020-ci il ilə müqayisədə 72%, 2019-cu il ilə müqayisədə isə 31% çoxdur. Hasilatın 3.7 milyard dollarlıq qismi almaz hasilatının, 179 milyon dollarlıq qismi isə brilliant hasilatının payına düşüb.
İlin əvvəlindən etibarən, təklifin yetərsizliyi səbəbindən almaz qiymətlərində 25%-lik artım qeydə alınıb. Taxiyevə görə, yaxın müddətdə qiymətlər 180-200 dollar/karat göstəricisini ötüb keçə bilər.
2025-ci ildə hasilatın 35-36 milyon karata qədər yüksəldiləcəyini proqnozlaşdıran Taxiyev, son dövrdə şirkətin səhm dəyərinin 145 rubldan 117 rubla gerilədiyini vurğulayıb.