Altı ayda ölkənin ÜDM istehsalı artıb

Сari ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsinin dərc etdiyi rəqəmlərə əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7% azalıb, qeyri-neft-qaz sektorunda isə 5,1% artıb. ÜDM istehsalının 39,9% sənaye, 10,3% ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,3% nəqliyyat və anbar təsərrüfatı, 6,4% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1% tikinti, məhsula və idxala xalis vergilər 9,3 %, 1,8% informasiya və rabitə, 1% turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9% digər sahələrin payına düşüb.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 987,6 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır