AMB, ABA və IFC-nin birgə iştirakı ilə bank nümayəndələri üçün vebinar keçirilib

“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın icrası çərçivəsində rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Növbəti tədbir olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası  və  Beynəlxalq Maliyyə Korporasiyasının birgə iştirakı ilə 25 iyun 2020-ci il tarixində “Rəqəmsal iştirakçılıq – müasir bankçılığın gələcək elementi və simvolu” adlı vebinar keçirilmişdir.

İngilis dilində baş tutan təlimdə bu sahədə uzun illər təcrübəsi olan xarici ekspertlər tərəfindən rəqəmsal iştirakın əsas məqamları, onun reallaşdırılmasının üstünlük və təhlükələri barədə bank nümayəndələrinə məlumat verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır