Home » AMB “AtaSığorta”ya təyin edilən müvəqqəti inzibatçının adını açıqladı

AMB “AtaSığorta”ya təyin edilən müvəqqəti inzibatçının adını açıqladı

by Zeyneb
0 comments 4 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) “AtaSığorta” ASC-yə təyin olunan müvəqqəti inzibatçının adını açıqlayıb.

AMB-nin Sığorta fəaliyyətinə nəzarət departamentinin əməkdaşı Ağamir Kazımov 2026-cı il yanvarın 6-dan etibarən “AtaSığorta” ASC-yə müvəqqəti inzibatçı təyin edilib.

Məlumata görə, müvəqqəti inzibatçı təyin olunduğu tarixdən etibarən sığorta şirkətinin idarə edilməsi ilə bağlı mövcud idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər tam həcmdə müvəqqəti inzibatçıya keçir.

Qanunvericiliyə əsasən, müvəqqəti inzibatçı təyin edildiyi gündən etibarən 60 gün müddətində sığorta şirkətinin maliyyə vəziyyəti və ödəmə qabiliyyəti ilə bağlı əsaslandırılmış rəyini Azərbaycan Mərkəzi Bankına təqdim etməlidir. Zərurət yarandığı halda bu müddət AMB-nin qərarı ilə 3 aya qədər uzadıla bilər.

Daha sonra Mərkəzi Bank müvəqqəti inzibatçının təqdim etdiyi rəyə əsasən sığorta şirkətinin fəaliyyətinin davam etdirilməsi və ya ləğv edilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.