Home » AMB bu ilin I rübündə 44 not hərracı keçirib

AMB bu ilin I rübündə 44 not hərracı keçirib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 44 not hərracı keçirilib.

Bu barədə qurumun rüblük “Pul Siyasəti İcmalı”nda bildirilir.

Məlumata əsasən, keçirilən hərracların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,45 dəfə artıb.

Hesabat dövründə təşkil olunan hərraclardan 11-i 28 günlük, 11-i 84 günlük, 11-i 168 günlük, 11-i isə 252 günlük notlar üzrə olub.

Mart ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin ümumi qalığı 306,9 milyon manat təşkil edib. Bu göstərici ötən ilin sonu ilə müqayisədə 63,9 milyon manat azdır.

AMB-nin məlumatına görə, son hərraclarda formalaşan gəlirlilik səviyyəsi 28 günlük notlar üzrə 6,25 %, 84 günlük notlar üzrə 6,22 %, 168 günlük notlar üzrə 6,32 %, 252 günlük notlar üzrə isə 6,35 % olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.