
Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarlarının infrastrukturunun gücləndirilməsi məsələləri müzakirə olunub.
AMB-nin sədr müavini Əli Əhmədov Azərbaycan Kapital Bazarları Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbərləri ilə görüş keçirib.
Görüşdə 2025-ci ilin üçüncü rübündə kapital bazarlarında müşahidə olunan meyllər, sektorun inkişafına təsir edən əsas amillər və bazar infrastrukturunun gücləndirilməsi istiqamətləri müzakirə edilib.
Bundan əlavə, qarşıdakı dövr üçün kapital bazarlarının inkişafına dair strateji hədəflər, investisiya şirkətlərinin maliyyə dayanıqlılığının artırılması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.








