
BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondu (BVF) arasında makroiqtisadi çağırışlar müzakirə olunub.
Məlumata görə, AMB sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də Dünya Bankı və BVF-nin Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun növbəti toplantısında iştirak edib.
Ə.Məmmədyarov çıxışı zamanı qlobal və regional makroiqtisadi trendlər, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət tədbirləri barədə məlumat verib.
O bildirib ki, Dünya Bankı və BVF ilə uzunmüddətli və səmərəli əməkdaşlıq ölkənin institusional potensialının gücləndirilməsinə və iqtisadi dayanıqlılığın artırılmasına mühüm töhfə verir.




