“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.1-ci maddəsinə əsasən könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 dekabr 2024-cü il tarixli Qərarı ilə siyahıda adı qeyd edilən 1 (bir) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya ləğv edilib.
Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, siyahıda adı qeyd edilən 1 (bir) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya ləğv edilib.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin
SİYAHISI
№ | Sığorta agentinin adı | Lisenziyanın tarixi | Lisenziyanın nömrəsi | Ləğvin hüquqi əsası |
1 | Əliyeva Nərgiz Şirin qızı | 28.11.2023 | SA-0304 | “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə |
2 | Seyfullayeva Qızqayıt Canbaba qızı | 18.02.2010 | 000328 | “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.3-cü maddə |