Home » Aİ Ukraynaya 150 milyon avro qrant yardım edib

Aİ Ukraynaya 150 milyon avro qrant yardım edib

by yunus
0 comments 0 views 0 minutes read

Avropa İttifaqı sürətli bərpa üçün Ukrayna büdcəsinə 150 ​​milyon avro məbləğində qrant yardımının ikinci tranşını köçürüb.

BBN.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, vəsaitlərin bir hissəsi kritik infrastruktur obyektlərinin dəstəklənməsinə yönəldiləcək.

Xüsusilə, aşağı sinif şagirdlərinin məktəb yeməkləri ilə təmin edilməsinə 65 milyon avro, liman infrastrukturunun bərpasına 50 milyon avro, kənd təsərrüfatına dəstək üçün 20 milyon avro və mühüm infrastrukturun bərpasına 15 milyon avro ayrılacaq.

Qeyd olunub ki, bu, ümumi həcmi 300 milyon avro olan proqram çərçivəsində ikinci və sonuncu tranşdır. İlk tranşı Ukrayna 20 dekabr 2023-cü ildə alıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.