Home » AMB maliyyə institutları üçün bazar davranışlarına dair yeni metodologiya hazırlayıb

AMB maliyyə institutları üçün bazar davranışlarına dair yeni metodologiya hazırlayıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı maliyyə bazarlarında fəaliyyət göstərən institutlar üçün bazar davranışlarına dair yeni metodoloji sənəd hazırlayıb.

Bunu Mərkəzi Bankın Bazar davranışlarının tənzimlənməsi departamentinin Bazar davranışları siyasəti şöbəsinin rəisi Ülvi Qurbanov Bakıda keçirilən **Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri forumu**nda bildirib.

Onun sözlərinə görə, yeni metodologiya banklar, sığorta şirkətləri, investisiya və broker təşkilatları da daxil olmaqla Mərkəzi Bank tərəfindən tənzimlənən bütün maliyyə institutlarını əhatə edəcək və yaxın vaxtlarda sektora təqdim olunacaq.

Ü. Qurbanov qeyd edib ki, sənəd bir sıra əsas prinsiplərə əsaslanır. Bunlara açıqlama və şəffaflıq, istehlakçılara ədalətli yanaşma, maliyyə məhsullarının istehlakçıların maliyyə imkanlarına uyğun təqdim olunması, mübahisələrin effektiv həlli və məxfiliyin qorunması daxildir.

Metodologiyada rəqəmsal platformalarda təqdim olunan maliyyə xidmətləri ilə bağlı xüsusi tələblər də nəzərdə tutulur. Belə ki, elektron platformalarda maliyyə məhsulları təqdim edilərkən müqavilə şərtləri, ödəniş qrafiki, tariflər və risklər barədə məlumatlar istehlakçılar üçün aydın və əlçatan formada təqdim olunmalıdır.

Bundan əlavə, istehlakçı müqaviləni imzalamazdan əvvəl xüsusi xəbərdarlıq pəncərəsi vasitəsilə məhsulun riskləri və tutulacaq xidmət haqları barədə məlumatlandırılmalıdır.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.