
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) 1,2% artacağını, 2026-cı ildə isə 1,2% azalacağını proqnozlaşdırır.
BBN.az xəbər verir ki, bu barədə qurumun “Pul Siyasəti İcmalı”nda bildirilir.
Hesabatda qeyd olunur ki, ölkədə ümumi iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektoru olacaq. AMB vurğulayır ki, 2025–2026-cı illər üzrə iqtisadi artım proqnozlarının reallaşması, ilk növbədə, ev təsərrüfatlarının real istehlak xərclərinin dinamikasından asılı olacaq.
Eyni zamanda, qlobal əmtəə və maliyyə bazarlarındakı qeyri-müəyyənliklər də müxtəlif kanallar vasitəsilə proqnozların icrasına təsir göstərə bilər. Bu faktorlar arasında enerji qiymətlərində dalğalanmalar, beynəlxalq ticarət məhdudiyyətləri və xarici investisiya axınındakı dəyişikliklər xüsusi əhəmiyyət daşıyır.
AMB bildirib ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi makroiqtisadi göstəricilərinə əsaslanır.







