25 və 26 sentyabr 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) | İSİN | Hərrac tarixi | Hərraca çıxarılan məbləğ (manat) | Nominal | Miqdar | Notun ödəniş tarixi |
28 | AZ2327024702 | 25.09.2024 | 2.500.000 | 100.000 | 25 | 23.10.2024 |
84 | AZ2328024701 | 26.09.2024 | 2.500.000 | 100.000 | 25 | 19.12.2024 |
168 | AZ2329024700 | 25.09.2024 | 2.500.000 | 100.000 | 25 | 12.03.2025 |
252 | AZ2330024707 | 26.09.2024 | 2.500.000 | 100.000 | 25 | 05.06.2025 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.